İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq – Sibiqabackend

İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq - Sibiqa

Yalnız güc və birlik Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur edəcək, istənilən güzəşt növbəti təcavüzə səbəb olacaq.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

“Rusiyanı sakitləşdirmək üçün heç bir mükafat və ya hədiyyə verilməməlidir. Yalnız güc və birlik Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur edə bilər. İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq. Ona görə də Ukrayna öz prinsipləri və dəyərlərində qərarlıdır”, – nazir bildirib.

Sibiqanın sözlərinə görə, Ukrayna ABŞ və Avropadan olan tərəfdaşlarla birlikdə BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında ədalətli və davamlı sülhün təmin edilməsinə sadiqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*