“İstəsən də, istəməsən də, Qarabağ Azərbaycandır” – İsrailli blogerdən Poqosyana sillə kmi CAVABbackend

"İstəsən də, istəməsən də, Qarabağ Azərbaycandır" - İsrailli blogerdən Poqosyana sillə kmi CAVAB

İsrailli bloger Roman Çıpin “Youtube”da erməni müxalifətçi siyasətçi Vladimir Poqosyanın yəhudi xalqına qarşı qırğın törətməklə bağlı sərsəm hədələrinə cavab verib.

KONKRET.az xəbər verir ki,  o, Poqosyanın Azərbaycanla sıx əməkdaşlığa görə İsraili təhqir etməsinə səssiz qalmayıb.

“Sən xəstəsən. Mən bunu gülməli hesab edirəm və sizi bu barədə düşünməyə səsləyirəm. Siz vaxtilə Qafanda, Gümrüdə azərbaycanlıları qırmısınız, Xocalı hadisələrini təşkil etmisiniz, dinc əhaliyə və yad dövlətə basqın etmisiniz. Sonra da Azərbaycana qarşı iddialar qaldırırsınız. Bu, 7 oktyabr hadisələrindən sonra İsrailə iddia irəli sürməyə bənzəyir. İsraildə sizin “qardaşlarınız” HƏMAS və Hizbullah sadəcə olaraq hamını – qadınları və uşaqları heç yerə getmələrinə icazə vermədən qətlə yetiriblər”, – Çıpin qeyd edib.

İsrailli bloger Azərbaycanı dəstəklədiyini və buna görə heç kimdən çəkinmədiyini dilə gətirib.

“Bəli, mən Azərbaycanı dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm. Qarabağ istəsən də, istəməsən də Azərbaycandır. Bununla birtəhər yaşamalı olacaqsan “, – deyə Çıpin fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*