İsveç hökuməti Kiyevə hərbi dəstək üçün 2025 və 2026-cı illərdə 50 milyard kron (5 milyard dollar) ayırmaq qərarına gəlib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bundan əlavə, Nazirlər Kabineti Ukrayna hərbi-sənaye kompleksinə uzaqmənzilli raketlərin və PUA-ların kütləvi istehsalı üçün vəsait ayırmağa hazırdır. Bunu krallığın müdafiə naziri Pol Conson ukraynalı həmkarı Rustem Umerovla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
“Həmin silahları Ukraynanın müdafiə sənayesi istehsal edəcək. Amma İsveç tərəfindən maliyyələşdiriləcək”.
Conson əlavə edib ki, yeni paketin təfərrüatları yanvar ayında açıqlanacaq. Hökumətdən bildirilib ki, 2022-ci ilin fevralından İsveç Ukraynaya yardım üçün 57,4 milyard kron ayırıb ki, bunun da 48,4 milyard kronu hərbi dəstək üçün nəzərdə tutulub.
Vəli Həsənoğlu,
KONKRET.az