İsveçrədə teraktın qarşısı alındıbackend

İsveçrədə teraktın qarşısı alındı

İsveçrə kəşfiyyatı İŞİD terror təşkilatının üzvlərinin Vernierdə planlaşdırdığı terror aktının qarşısını alıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Le Temps” nəşri yayıb.

Kantonal hökumət naziri Mauro Podgi bildirib ki, yaraqlılar neft anbarına hücum etmək və obyekti partlatmaq istəyib: “Ancaq onların planlarını İsveçrə kəşfiyyatı alt-üst edib”.

Podgi deyib ki, terrorçular hücumu ötən ilin yazında həyata keçirmək niyyətində olublar.

Xatırladaq ki, Londonda terror hadisəsi baş verib. Naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb. Polis hücum çəkən şəxsi zərərsizləşdirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*