İşxan Saqatelyan: “Qarlı dağlar uğrunda döyüşlər destruktiv siyasətdir”backend

İşxan Saqatelyan: "Qarlı dağlar uğrunda döyüşlər destruktiv siyasətdir"

“Ölkəmizdə mövcud təhlükəsizlik böhranı tam şəkildə Geqarkunik (Göyçə) bölgəsində özünü göstərir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı İşxan Saqatelyan özünün “Facebook” səhfəsində yazıb.

Saqatelyan bir gün əvvəl “Ermənistan” fraksiyasındakı həmkarları ilə Göyçəyə gediblər. Basarkeçər rayonun kəndlərini gəzən müxalif deputatlar kəndlərdəki vəziyyətlə tanış olublar. Saqatelyan bildirib ki, Geqarqunuk erməniləri məğlubiyyətdən sonra narahatdırlar və hər an evlərini tərk etməyə hazırdırlar: “Qarlı dağlar uğrunda döyüşlər destruktiv siyasətidir. Yerli ermənilər də onları gözləyən təhlükədən qorxurlar. Bir sözlə mərkəzdən uzaqda yaşayan sakinlər səksəkə içində yaşayır və hər an təhlükənin başlarının üstünü alacağından ehtiyat edirlər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*