İtaliya akkumulyatorla işləyən qatarlar BURAXACAQbackend

İtaliya akkumulyatorla işləyən qatarlar BURAXACAQ

İtaliyanın “Trenitalia” daşıyıcısı akkumulyatorla işləyən yeni nəsil qatarlar buraxacaq.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 135 belə qatarın istehsalı planlaşdırılır.

Qatarlarda üç enerji mənbəyindən: dizel, elektrik enerjisi və akkumulyatorlardan istifadə ediləcək.

Qeyd olunub ki, sonuncular ekoloji cəhətdən təmiz hesab olunur. Mütəxəssislərin fikrincə, onların istifadəsi karbon emissiyasını və yanacaq sərfini iki dəfə azaldacaq.

Məlumata görə, yeni qatarlar dizel yanacağı və elektrik enerjisi ilə 160 km/saata, akkumulyatorla isə 15 kilometr sürətə çata biləcək. Buna görə də tam olaraq akkumulyatorlara keçmək mümkün olmayacaq, bu, əsasən şəhərlərdə istifadə olunacaq.

Belə ki, mühəndislər bu prosesi 2030-cu ilə qədər başa çatdırmağı planlaşdırırlar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*