İtaliyada 101 yaşlı kişi koronavirusdan sağaldıbackend

İtaliyada 101 yaşlı kişi koronavirusdan sağaldı

İtaliyada 101 yaşlı bir sakin koronavirusdan sağalaraq evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı EP nəşri İtaliyanın Rimini şəhərin merinin müavini Qloria Lesuya istinadən yayıb.

Ötən həftə xəstə müsbət koronavirus testi ilə Rimini xəstəxanasına yerləşdirilib.

“Cənab P. Rimini 1919-cu ildə başqa bir faciəli dünya pandemiyasının ortasında anadan olub. O, hər şeyi – aclığı, ağrını, tərəqqini, böhranı və bərpanı görüb. 100 illik mərhələni keçərək, tale onun qarşısında görünməz və dəhşətli dərəcədə yeni bir problem yaratdı” deyib.

Bu gün onun xəstəxanadan çıxdığı və ailəsi tərəfindən evə aparıldığı məlum olub.

Xəbər verildiyi kimi İranda 103 yaşlı qadın koronavirusdan tam sağalaraq martın 17-də xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, İtaliyada gündə təxminən 700 nəfər “COVID-19”un qurbanı olur. Ölkədə pandemiyadan ölənlərin ümumi sayı 7503 nəfərdir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*