İtaliyada koronavirusa yoluxan tibb bacısı qorxusundan intihar etdibackend

İtaliyada koronavirusa yoluxan tibb bacısı qorxusundan intihar etdi

İtaliyanın Lombardiya əyalətindəki Monza şəhərində bir tibb bacısına COVID-19 diaqnozu qoyulduğuna görə intihar edib. O, xəstəliyin digər insanlara yoluxduğundan qorxub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın Tibb bacıları Milli Federasiyasının mətbuat xidməti yayıb.

34 yaşlı Daniele Trezzi San Gerardo Xəstəxanasında reanimasiya şöbəsində işləyib. Martın 10-da ona koronavirus infeksiyası diaqnozu qoyulub və evə karantinə göndərilib.

Həmkarları deyirlər ki, Trezzi virusun yayılmasına görə çox narahat idi. Federasiya vurğulayıb ki, intihara səbəb xəstəlik deyil, stress səbəb olub.

Bu, İtaliyada ikinci belə haldır. Keçən həftə oxşar bir hadisə Venesiyada yaşanıb.

İtaliya Tibbi Gildiyalar Federasiyasının saytında COVID-19-dan dünyasını dəyişən tibb işçilərinin yenilənmiş siyahısı dərc edilib. Onların sayı 33-ə çatıb.

Daha əvvəl BMT İtaliyada hər beş həkimdən birinin koronavirus virusuna yoluxduğunu söyləyib. Onların çoxu qadınlardır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*