İtaliya Senatı Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləyən qətnaməni qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat yayıb.
“Ermənistan və Azərbaycan arasında sülh prosesi istiqamətində təşəbbüslər” qətnaməsi İtaliya Senatı tərəfindən yekdilliklə qəbul edilib.
“İtaliyalı tərəfdaşlarımıza Cənubi Qafqazda stabilliyin təmin edilməsi istiqamətində atdıqları addımlara görə təşəkkür edirik”, – Simonyan bildirib.//Globalinfo