İtaliyalı qadın lotereyada Pablo Pikassonun əsərini qazandıbackend

İtaliyalı qadın lotereyada Pablo Pikassonun əsərini qazandı

İtaliya sakini lotereyada Pablo Pikassonun 1 milyon avro dəyərindəki əsərini qazandı. Natürmort 1921-ci ildə yaradılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

Mənbə bildirir ki, Christies auksion evinin təşkilatçılığı ilə keçirilən tirajda 50 mindən çox bilet iştirak edib. Hər bilet yüz avroya alınıb.

“Əgər əsər evdəki divara asılsa da, oğurlanma riski azdır. Əlbəttə ki, sığorta sənədləri hazırlamalısınız. Ancaq şəkil milyonlarla insan tərəfindən görülüb. Heç bir oğru onu satmaq fikrinə düşməz” deyə, xeyriyyə lotereyasının təşkilatçısı Peri Koshen bildirir.

Yığılan puldan 900 min avro əvvəlki sahibinə veriləcək. Qalan məbləğ Madaqaskar və Kamerun əhalisini keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə xeyriyyə təşkilatlarına yönəldiləcək.

“Təmiz su olmadan yaşamaq mümkün deyil. Koronavirus, insanın həyatı üçün təmiz su əldə etməsindən nə dərəcədə asılı olduğunu mükəmməl şəkildə bizə göstərdi. Əl yuma koronavirusdan qorunmaq üçün ən təsirli tədbirdir. Su yoxdursa, əllərinizi yuya bilməyəcəksiniz” deyib.

Təşkilatçıların sözlərinə görə, uğurlu bilet dekabr ayında alınıb. Əsər isə lotereya qalibinə təqdim edilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*