İtaliyan oğlana ərə getmək istəyən qızlarını qətlə yetirən valideynlərə ağır cəza verildibackend

İtaliyan oğlana ərə getmək istəyən qızlarını qətlə yetirən valideynlərə ağır cəza verildi

İtaliyada məhkəmə, yeniyetmə qızlarını qətlə yetirən pakistanlı valideynləri ömürlük həbs cəzasına məhkum edib.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, 2021-ci ilin aprelində itkin düşən 18 yaşlı Saman Abbasın namus üstündə öldürülməsi İtaliyanı şoka salıb.

Onun atası və anası Reggio Emilia şəhərində həbs olunub. Qızın əmisi 14 il müddətinə azadlıqdan məhrum edilib, iki əmisi oğlu isə bəraət alıb. Hökm birinci instansiya məhkəməsinə çıxarılıb və ondan apellyasiya şikayəti verilə bilər. Ata məhkəmədə ağlayaraq günahsız olduğunu bildirib: “Bu proses hələ tamamlanmayıb. Mən də bilmək istəyirəm ki, qızımı kimlər öldürüb”.

Şabbar Abbas Pakistanın şərqindəki kəndlərin birində qətldə şübhəli bilinərək həbs edilib. Mühakimə olunmaq üçün avqust ayında İtaliyaya ekstradisiya olunub.

Saman Abbasın İtaliyada sevgilisi olduğunu bilən valideynləri qızlarına qəzəbləniblər və onu öldürməyə qərar veriblər. Saman Abbasın qalıqları 2022-ci ilin noyabrında, yoxa çıxdıqdan təxminən 18 ay sonra Novellaradakı evlərinin axınlığında tapılıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*