İtaliyanın Rusiyadakı müvəqqəti işlər vəkili C.Skopa ölkə mediasında “davam edən anti-Rusiya kampaniyası” və rəsmi Moskvanın İtaliya hökumətinin bəyanatlarını tənqid etməsinə Romanın qeyri-mütənasib reaksiyası səbəbindən Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az bildirir ki, bu barədə Rusiya XİN-dən bildirilib.
Qeyd olunub ki, İtaliyanın aparıcı mediasının anti-Rusiya fəaliyyəti iki ölkə arasında münasibətlərdə böhranın daha da kəskinləşməsinə səbəb olur.
“Bu, ikitərəfli dialoqda tənəzzülə gətirib çıxarır və konstruktiv qarşılıqlı əlaqənin bərpasına mane olur”, – nazirlikdən vurğulanıb.