İti su kanalına atan şəxs cəzalandırıldı – VİDEObackend

İti su kanalına atan şəxs cəzalandırıldı - VİDEO

Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb.

Bu barədə KONKRET.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar İ.Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub”, – deyə Əlizadə əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*