İtirilən milyonlarbackend

İtirilən milyonlar

Azərbaycanda bir il ərzində 25 min ton ərik istehsal olunur

Ərik əhalinin qış tədarükündə prioritet meyvələrdən biridir, odur ki tez-tez zibil yeşiklərində tökülüb qalmış ərik meyvəsinin tumunu görürük. Hamı bilir ki, ərik yeganə mövsümi meyvələrdən biridir ki, ləti ilə yanaşı tumuda yeməlidir, sadəcə bir balaca əziyyət çəkmək-sındırmaq, qapığını soymaq lazımdır. Bu əziyyətə qatlaşmaq istəməyənlər onu zibilxanaya tökürlər. Gəlin, sadə və təqribi hesablama aparmaqla hər il neçə milyonu zibilxanaya atdığımızı araşdıraq:
Azərbaycanda bir il ərzində 25 min ton ərik istehsal olunur. Meyvənin içərisindəki tumun bir dənəsi qabıqlı şəkildə çəkisi 4.8 qramdır. Riyazi əməliyyatı aparanda ekranda 3 min ton tum rəqəmi görünür. Nəzərə alsaq ki, qoz, fındıqda olduğu kimi ərik tumunda da çəkinin tam yarısı qapıqla itirilir, onda yerdə 1500 ton təmizlənmiş ərik tumu qalır. Ərik tumunun kiloqramı bu gün satışda 10 manatdır. 1500 tonu satış qiymətinə vurduqda 15 milyon manat rəqəmi alınır. Deməli, riyazi dilemmanın cavabı tapıldı! Ərincəkliyimiz ucbatından ev büdcələrinə hər il milyonlarla zərbə dəyir, təkcə ərik tumunun timsalında! Bu həcmdə vəsait ölkə üzrə bütün ev təsərrüfatlarında itirilir. Hələ mən ərik tumunun qapığını demirəm, hamı bilir ki, fındıq qapığı mebel sənayesində geniş istifadə olunur, bəlkə ərik qabığıda nədəsə istifadə oluna bilər? Bu haqda mebel sənayesində çalışan adamlar öz sözlərini deməlidirlər. Bu qədər vəsaiti yenidən iqtisadiyyata qazandırmaq üçün bir yol tapılmalıdır.
Xatırladıram ki, Azərbaycana hər il 19 milyon manatlıq müxtəlif növ quru ləpələr idxal olunur, bunun içərisində ərik tumları da var.
Ərik tumu digər meyvə quruları kimi şirniyyat sənayesində istifadə olunmur, yalnız yeyilir, bir çox xəstəliklərə xeyirdi, güclü vitamin kompleksinə malikdir.

Nicat Nəsirli, kənd təsərrüfatı üzrə ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*