TRT-nin rus dilində “Telegram” kanalı 2021-ci ilin ən çox izlənilən videolarının siyahısını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu siyahıda İctimai Televiziyanın (İTV) aparıcısı Jalə Həsənli də yer alıb.
Onun Vətən müharibəsi zamanı ilk kəndlərin azad olunması ilə bağlı xəbəri efirdə elan edərkən yaşadığı sevincli anlar diqqətdən qaçmayıb.