Bu iqtidar PKK-nı ləğvetmə adı ilə əslində onu Cümhur İttifaqına birləşdirmək məqsədi güdür.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İYİ Partiyasının başqanı Müsavat Dərvişoğlu PKK lideri Abdullah Öcalanın yeni çağırışını şərh edərkən deyib.
O, PKK ilə bağlı son gedişatı kəskin tənqid edib və bu prosesi türk xalqına xəyanət adlandırıb:
“Bu gün keçirilən çirkin oyunda məhkum edilmiş terrorçunun bəyanatı yalnız PKK-ya ofisini Şimali İraqdan Suriyanın şimalına köçürmək çağırışıdır”.
Qeyd edək ki, bu gün PKK lideri, İmralıda həbsxanada olan Abdullah Öcalan terrorçuları silahı yerə qoymağa və PKK-nı buraxmağa çağırıb.