Bir neçə gün əvvəl ağır yataq xəstəsi olan meyxanaçı Ağakərimin qapısına gedən şair Nazilə Səfərlini sənətkarın oğlu Kərim Novruzov evə buraxmayıb.
KONKRET.az xəbər verir ki, meyxanaçının oğlu açıqlamasında Səfərlinin bu addımını “Məqsədi reytinq tutmaqdır” adı verib.
Bütün bunlar Səfərlini özündən çıxarıb. O, Kərim Novruzovun sözlərinə instaqramda cavab verib.
“Səy gədə deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa “duxu” çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə üç ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”, – deyə Səfərli yazıb.