“İyul fırtınası” – Rusiya hərbi təlimlərə BAŞLADIbackend

“İyul fırtınası” - Rusiya hərbi təlimlərə BAŞLADI

Rusiya genişmiqyaslı hərbi dəniz təlimlərinə start verib.

KONKRET.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi “İyul fırtınası” adlı yeni hərbi təlim kampaniyasına başladığını açıqlayıb.

Təlimlərə Şimal, Sakit okean, Baltik donanmaları və Xəzər flotiliyasının qüvvələri cəlb olunub.

Məlumata görə, manevrlərə 150-dən artıq döyüş və təminat gəmisi, 120 aviasiya vasitəsi, 10 sahil raket kompleksi, 950 ədəd hərbi və xüsusi texnika, eləcə də 15 min hərbçi iştirak edir.

Rusiya tərəfi bu təlimlərin donanmanın döyüş qabiliyyətinin yüksəldilməsinə və regional təhlükəsizlik məsələlərinə hazır olunmasına xidmət etdiyini bildirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*