İyulun 1-də bu müavinətlər artırılacaqbackend

İyulun 1-də bu müavinətlər artırılacaq

Bu il minimum əməkhaqqı 16% artırılaraq 400 manata çatdırıldı, minimum pensiya məbləği isə 14.3% qaldırılaraq 320 manat müəyyən olundu. Bəs sosial müavinət və təqaüdlər də artırılacaqmı?

KONKRET.az xəbər verir ki, İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, gözləntilərə görə, iyul ayının 1-dən bəzi müavinətlərdə artım olacaq:

“Bu artım qazilərin müavinatlarında, sosial müavinət alanlarda və əlilliyi olan şəxslərdə müşahidə oluna bilər. Yəqin ki, qərar bu ayın sonuna qədər veriləcək və iyulun 1-dən qüvvəyə minəcək”.

N.Cəfərli qeyd edib ki, bu artım minimum əməkhaqqına və minimum pensiyaya aid olmayacaq:

“Çünki onlar artıq ilin əvvəlində artırılıb. Çox güman ki, bu sahədə növbəti artım gələn ilin yanvarın 1-dən ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*