İyuna qədər koronavirusa qalib gələ bilməyəcəyik – Proqnozbackend

İyuna qədər koronavirusa qalib gələ bilməyəcəyik - Proqnoz

COVID-19-la bağlı araşdırmalar yeni nəticələr ortaya qoyur.

KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Honkonq Universitetinin bir qrup alimi koronavirusun atipik pnevmoniyaya yol açan ştamdan üç dəfə aqresiv olduğunu aşkar edib.

Mütəxəssislər xəstəliyin altı könüllünün ağ ciyər hüceyrələrində fəallığını araşdıraraq belə bir qənaətə gəliblər ki, koronavirus qeyd edilən virusdan 3,2 dəfə tez çoxalır.

Bununla birgə, bədənin iltihaba qarşı reaksiyası zəif olur – immun sistemi tərəfindən istifadə olunan siqnal zülalları demək olar ki, işə düşmür.

Qrupun rəhbəri Yuen Kvok-yun qeyd edib ki, belə olduğu halda iyun ayınadək pandemiyanın qarşısını almaq mümkün olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*