Rusiyanın paytaxtı Moskva şəhərindəki “Moskva Siti” ticarət mərkəzinin yaxınlığındakı dayanacaqda “Jaguar” markalı avtomobilə qumbara atılıb. Partlayış nəticəsində avtomobilin şüşələri sınıb. Ölən və yaralananlar olmayıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisəni törədən 33 yaşlı Nikolay Safronov polis tərəfindən saxlanılıb.
Ondan pnevmatik tapança götürülüb.
Polisin məlumatına görə, cinayətkar avtomobilin sahibindən onu dediyi yerə aparmasını tələb edib. Daha sonra o, avtomobilə qumbara atıb. Sürücü hadisə yerindən qaça bilib.
İqbal Rzayev,
KONKRET.az