“Krım rus işğalçılarından azad edildikdən sonra Türkiyə yarımadaya ərazi iddiası irəli sürə bilər”.
KONKRET.az xəbər verir ki, bu iddia ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.
“Mən belə bir variantı istisna etmirəm, ola bilər. Türkiyə təkcə silahlanmır. Bəziləri hətta Türkiyənin indiki rəhbərliyinin Osmanlı İmperiyasının yenidən qurulmasının əleyhinə olmayacağını bildirir”, – deyə ekspert deyib.
Oleq Jdanovun fikrincə, Türkiyə yalnız NATO üzvlüyündən çıxdıqdan sonra bu addımı ata bilər:
“Mən bir dəfə demişdim ki, Krımda qələbəmizdən sonra üç bayrağın dalğalanması təhlükəsi var – Krım tatarı, Türkiyə və Ukrayna bayrağı”, – deyə ekspert bildirib.