Jerar Depardye Özbəkistanın Fransadakı Turizm Səfiri seçildibackend

Jerar Depardye Özbəkistanın Fransadakı Turizm Səfiri seçildi

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, fransız kino aktyoru Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri oldu. Hazırda Səmərqənddə olan Depardye Özbəkistanın turizm potensialının həm Fransada, həm də digər Avropa ölkələrində tanıdılması prosesinə rəhbərlik etməyi şəxsən təklif edib.

Aktyor Özbəkistana Turizm Dövlət Komitəsi və Fransanın prodüsser şirkəti olan “B-Tween” “Paris Premiere” televiziya kanalı üçün “İpək Yolu” sənədli filminin çəkilişində iştirak etmək üçün gəlib.

Filmin çəkilişi noyabrın 6-dan 26-dək Özbəkistanın altı şəhərində – Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukusda aparılır.

Qeyd edək ki,b bu günə qədər Özbəkistan müxtəlif ölkələrdə 14 turizm səfirini seçib. Məsələn, Rusiyada bu fəxri postu məşhur rəssam Yuri Stoyanov almışdı. 2018-ci ilin noyabr ayında bu ölkənin ən böyük özəl universiteti “Qünadarma” nın rektoru, professor Eko Sri Margianti ölkənin İndoneziyadakı turizm səfiri olub.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*