Jirinovski ilə namaz qılan azərbaycanlı danışdı – VİDEObackend

Jirinovski ilə namaz qılan azərbaycanlı danışdı - VİDEO

Rusiya Liberal Demokrat Partiyasınınn rəhbəri Vladimir Jirinovski və İraqın sabiq prezidenti Səddam Hüseynin birgə namaz qıldıqlarını əks etdirən görüntülər son zamanlar sosial şəbəkələrdə yenidən gündəmə gəlmişdi. Yayılan görüntülərdə Jirinovskinin yanındakı şəxsin Səddam Hüseyn olub-olmaması barədə müzakirələr var. Görəsən doğrudan da Jirinovski məsciddə namaz qılmışdı?

KONKRET.az xəbər verir ki, axar.az-a danışan “Hakimiyyət” qəzetinin baş redaktoru Füzuli Əfqanoğlu bildirib ki, həmin görüntülər gerçəkdir.

Onun sözlərinə görə, mətbuatda yayılan xəbərlərin bəzi qismində yanlışlıq var. Sözügedən görüntülər 1993-cü ilin noyabr ayında deyil, aprel ayının əvvəllərində çəkilib. Məkan isə İraqın Kərbala şəhərində yerləşən “İmam Hüseyn” türbəsidir.

Füzuli Əfqanoğlu Səddam Hüseynlə Jirinovskinin həmin görüşündə iştirak edən 3 azərbaycanlıdan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*