Jirinovski: “Rusiyada Belarus ssenarisinə doğru sıçrayışlar edirik”backend

Jirinovski: “Rusiyada Belarus ssenarisinə doğru sıçrayışlar edirik”

LDPR lideri Vladimir Jirinovski Telegram kanalında Rusiya üçün “Belarus ssenarisi”ni proqnozlaşdırıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

“Xabarovsk küçələrə töküldü, bütün Belarus üsyana qalxdı. Nümunələr gözümüzün qabağındadır və bütün Rusiyada bunun qarşısını almaq üçün heç bir tədbir görülmür.

Belarus ssenarisinə doğru sıçrayışlar edirik.

Ardıcıl 20-ci ildir ki, bir iqtidaryönlü partiya hər yerdə və hətta dağıdıcı nəticələrlə seçkilərdə qalib gəlir.

Belə seçkilərin ertəsi günü insanlar gülümsəyərək küçələrə çıxırlar? Yox. Bunlar ürək bulandırır” – siyasətçi yazıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*