Jirinovski Sevgililər günündə mühazirə oxudu – sevginin olmadığını bildirdibackend

Jirinovski Sevgililər günündə mühazirə oxudu - sevginin olmadığını bildirdi

Rusiyanın LDPR Partiyasının lideri Vladimir Jirinovski sevgililər günündə sevginin olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Deputat fevralın 14-də gənclərlə görüşüb və onlara sevgi mövzusunda mühazirə oxuyub.

“Niyə bütün mahnılar sevgi haqqındadır? “Musiqini dayandırın, mənim sevgilim başqa oğlanla rəqs edir. Niyə? Çünki məhəbbət yoxdur. Bax, buna görə də bütün bu mahnıları oxuyurlar”, — deyə o, bəyan edib.

Jirinovski qeyd edib ki, bayram var, amma sevgi yoxdur.

Onun fikrincə, ilk ay bal adlanır, çünki yalnız bu zaman hər şey yaxşıdır.

Siyasətçi tərəfindən toxunulan daha bir problem ailədə qısqanclıq və ev zorakılığıdır. O, boşanmanın tələsik bir qərar olduğunu deyir: “Bir müddət onlar ayrı yaşamalıdırlar”.

Babək Göyüş

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*