Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) dünyaşöhrətli argentinalı futbolçu Lionel Messi ilə görüşüb.
KONKRET.az xəbər verir ki, o, “İnter Mayami” klubunun kapitanı ilə fotosunu instaqram hesabında paylaşıb.
“Əfsanə”, – Jony yazıb.
Ehtimala görə, foto Ər-Riyad şəhərində çəkilib. Belə ki, Jony bir neçə gündür Səudiyyə Ərəbistanıda istirahət edir və bu haqda davamlı paylaşımlar edir.