Josep Borrel Türkiyənin keçmiş SSRİ respublikalarında nüfuz uğrunda mübarizəsinə qibtə edirbackend

Josep Borrel Türkiyənin keçmiş SSRİ respublikalarında nüfuz uğrunda mübarizəsinə qibtə edir

“Rusiya ilə Türkiyənin Dağlıq Qarabağda əməkdaşlığı “astanizasiya” (Astana formatının anologiyası) siyasətinin davam etdirilməsindən xəbər verir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Josep Borrel özünün  blogunda bildirib.

Tanınmış siyasətçi xüsusi olaraq vurğulayıb ki, son illərdə Türkiyə arzuladığı nəticələr əldə edə bilib. Belə ki, Ankara keçmiş SSRİ respublikalarında nüfuz uğrunda uğurlu mübarizə aparır. Borrelin fikrincə, Ərdoğanın geosiyasi ambisiyaları ölkə iqtisadiyyatına ziyan vursa da, Moskva və Ankara Aİ-ni həm Suriya, Liviya, həm də Qarabağdakı həll proseslərindən sıxışdıraraq çıxara bilib.

Borrell Aralıq dənizi ilə bağlı konfransdakı çıxışı zamanı “astanizasiya” terminini bir daha təkrarlayıb və Türkiyə ilə Rusiya arasındakı əməkdaşlığın Orta Şərq və Aralıq dənizi bölgələrində böyük uğurlarından danışıb.

“Beş il əvvəl Rusiya və Türkiyə Aralıq dənizi bölgəsində yox ldi. Amma indi bu iki dövlət “oyun ustaları” olduqlarını sübut edə bilib. Əvvəlcə tamam başqa vektorlarda olan dövlətlər sonradan Suriya, Liviya və Qafqazda ortaq dil tapıblar və təsirlərini məmnuniyyətlə bölüşüblər”, – deyə Borrell vurğulayıb.

AB diplomatiyasının başçısı Avropa Birliyini münaqişələrin siyasi həll yolları axtarmağını vacib hesab edib. O qeyd edib ki, bu istiqamətdə gələcəkdə BMT ilə səylər birləşdirilməlidir.

KONKRET.az xatırladır ki, Suriya münaqişəsinin həlli Astanada uzun müddət aparılan danışıqların əsas həfədi olub. Ona görə də hazırda dünya siyasətində iki ölkə arasında siyasi əməkdaşlığın Astana formatı ifadəsi tez-tez işlədilir. Suriyada barışığın əsas təminatçısı olan bu ölkələr Ermənistan və Azərbaycan arasında münaqişənin tezliklə başa çatmasında mühüm rol oynayıb. Xüsusilə Rusiya Qarabağda hərbi əməliyyatların dayandırılması barədə müqavilənin imzalanmasında əhəmiyyətli rola malikdir. Eyni zamanda Türkiyə Rusiya ilə razılaşmaya uyğun olaraq atəşkəsə nəzarəti təmin etmək üçün ortaq mərkəz yaradıblar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*