Jurnalist 1 il arılarla bir evdə yaşayıb – qazancı 27 kq bal oldubackend

Jurnalist 1 il arılarla bir evdə yaşayıb – qazancı 27 kq bal oldu

2018-ci ilin noyabr ayında CNN telekanalının 26 yaşlı əməkdaşı George Montgomery Corciya ştatının Atlanta şəhərinin ətrafına köçüb.

KONKRET.az xəbər verir ki, evdə yaşayan arıları yalnız növbəti ilin yazında görüb.

Arılar mərtəbələr arasındakı tavanlarda gizləniblər.

Montgomery bir ildən çoxdur onların mövcudluğuna dözüb. Yalnız fevralın sonunda onların oradan götürülməsi üçün dezinfeksiya şöbəsinə zəng edib və iki ay növbə gözləyib.

Arı toplayan mütəxəssis xüsusi bir elektrik süpürgəsi ilə gəlib və 30-40 min arını üç torbaya doldurub.

Onun qazandığı isə 27 kiloqram bal olub.

Tutulan arıları məhv etməyiblər, ştatın şimalındakı arıçılıq idarəsinə aparıblar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*