Kabildəki hərbçilərimizin yeni görüntüləri – FOTOLAR / VİDEObackend

Kabildəki hərbçilərimizin yeni görüntüləri - FOTOLAR / VİDEO

Əfqanıstanın paytaxtı Kabildə ölkədən ayrılmaq istəyənlərin gözlədiyi Həmid Qərzai Beynəlxalq Hava Limanı və ətrafında Azərbaycan və Türkiyə hərbçiləri çiyin-çiyinə xidmət göstərirlər.

KONKRET.az xəbər verir ki, bununla  bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Hərbçilərimiz Türkiyə əsgərləri ilə birlikdə hava limanının təhlükəsizliyi üçün 24 saat ehtiyacı olanlara əl uzadırlar.

“İndi Əfqanıstanda vəzifəmizin başındayıq. Türk qardaşlarımızla birlikdə çalışırıq. Onlara kömək edirik”, – hərbçilərimizdən Anar Babayev deyib.

“Türk əsgərlərlə eyni bölgədə vəzifə başındayıq. Ailəmə, bütün əsgərlərin ailələrinə salam deyirəm. Hər şey çox yaxşıdır. İnşallah, sağ-salamat ölkəmizə geri dönəcəyik”, – bir aya yaxındır Kabildə olduğunu deyən Səxavət Kazımov vurğulayıb.

“Türk qardaşlarımıza kömək edirik. Hər zaman da köməyə hazırıq”, – Həbib Həsənov qeyd edib.

“Hər saniyə türk əsgərlərlə birlikdə işləyirik. Bundan qürur duyuruq. Biz qardaşıq”, – Qismət Musayev bildirib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*