Türkiyəli məşhur aktyor Kadir İnanırın səhhəti ilə bağlı xəbər var.
KONKRET.az xəbər verir ki, mart ayında beynindəki laxtalanma nəticəsində əməliyyat olunan 75 yaşlı aktyor Kadir İnanırın sağlamlıq durumu ilə bağlı yeni iddialar ortaya çıxıb.
Belə ki, məlumata görə, 75 yaşlı aktyor həkimlərinin razılığı ilə evə buraxılıb.
Bir həftə evdə qalacaq aktyorun xəstəxanaya qayıdıb-qayıtmayacağı təxminən bir həftə sonra ediləcək analizlərdən sonra müəyyənləşəcək.//Milli.az