Kadırov özünü pis aparan 100 gənci Çeçenistana qaytardı: “Küçə süpürəcəklər”backend

Kadırov özünü pis aparan 100 gənci Çeçenistana qaytardı: "Küçə süpürəcəklər"

Çeçenistan hakimiyyəti Moskvadan 100-dən çox gənci geri qaytarıb. Onlar evdən uzaqlaşaraq narkotikə aludə olub və ictimai asayişi pozub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Dövlət Dumasının deputatı Adam Delimxanov Qroznıda geri qayıdan uşaqlarla görüşüb. Tədbirdə günahkarların yaxınları, ruhanilər və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.

“Hər gün respublikanın başçısı Ramzan Kadırova bölgəni tərk edən sakinlərin qanunsuzluqları barədə sosial şəbəkələrdə yazırlar. Deyirlər ki, sizinkilər belə əməllər edir. Kadırov xalqı doğma və yad kimi ayırmır. Harada olursunuzsa olun, Çeçen xalqını təmsil edirsiniz və layiq olmayan hərəkətləriniz bir çeçen, bir müsəlman kimi ləkə gətirir. Buna görə də sizi evinizə qaytardıq və qohumlarınızın köməyi ilə səhvlərinizi başa düşün və düzəldin”. Delimxanov görüşdə belə deyib.

Qeyd edib ki, Çeçenistanı istəməyənlər büdrəyən uşaqlardan öz məqsədləri üçün istifadə edə bilərlər və respublika rəhbərliyi gəncləri xilas etməyə, onları doğru yola yönəltməyə çalışır.

“Hər bir özünə hörmət edən insan ölkəsi, xalqı, ləyaqəti və şərəfi üçün müdafiəyə və ölməyə hazır olmalıdır. Harda olursunuzsa olun, istər Moskvada, Sankt-Peterburqda və ya başqa bir bölgədə min və ya beş yüz rubldan, bir ovuc həbdən ötrü dalaşmaq biabırçılıqdır” deyə Delimxanov vurğulayıb.

Onun sözlərinə görə, heç kəs gənclərin təhsil almasına, işləməsinə, inkişafına müdaxilə etmir, ancaq  hakimiyyət sizdən əsas şeyləri – davranışlarınıza nəzarət etməyi, qanunları pozmamağı və istənilən şəraitdə ləyaqətlə davranmağı xahiş edir.

Delimxanov qeyd edib ki, əmri pozanlar vətənlərinə qayıdacaq və respublikanın şəhər və rayonlarının küçələrində müxtəlif işlərə cəlb ediləcəklər.

2018-ci ilin sonunda Kadırov Moskvada ictimai nəqliyyatda “Axmat gücdür” sözlərini deyərək bir nəfərə banka atan gənc çeçeni Qroznıya qaytarıb. O, şəhərin küçələrini təmizləmək işinə cəlb edilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*