“Rusiyanın hərbi strategiyasının zəifliyi Ukrayna Silahlı Qüvvələrinin planlarının düzgün başa düşülməməsindədir. Ona görə də Kreml rəhbəri Vladimir Putin və ruslar isterika içindədirlər. Kadırov, Priqojin və Şoyqu kimi fiqurlar bir-birinə nifrət edir və nifrət bütün səviyyələrdə yayılır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general-leytenant Ben Hodges səsləndirib.
Ukraynanın müharibədə qalib gələcəyini proqnozlaşdıran Hodges, həmçinin əlavə edib ki, Kiyevə hamının bir-birinə nifrət etdiyi Rusiya elitasındakı qarşıdurma kömək edəcək.
“Bu baxımdan təkcə ruslar deyil, Putin də isterikdir. İndi həqiqətən də Ukrayna ordusunun nə qədər güclü olduğunu başa düşürlər. Qarşı tərəfin nə qədər hazırlıqlı və real hərbi potensiala malik olduğunu görürlər”, – deyə Ben Hodges əlavə edib.
Burhan,
KONKRET.az