Kadırov Putinin varisini tapmaq barədə söhbəti yersiz adlandırdıbackend

Kadırov Putinin varisini tapmaq barədə söhbəti yersiz adlandırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya lideri Vladimir Putinin ölkənin suverenliyini, gücünü və bütövlüyünü qorumaq üçün mütləq növbəti prezidentlik müddətinə namizədliyini irəli sürməli olduğunu deyib.

KONKRET.az xəbər verir ki, Kadırov bu barədə öz Telegram kanalında yazıb.

Bununla əlaqədar olaraq, o, Putinin varisi haqqında danışılan söhbətlərin yersiz olduğunu bildirib.

Kadırov, eyni zamanda vurğulayıb ki, Vətəni sevən, onun rifahını arzulayan hər kəs Əsas Qanuna düzəlişlərin lehinə səs verəcəkdir: “Bu kimi insanlar “mütləq çoxluq” təşkil edir”.

Bundan əvvəl Putin konstitusiya dəyişiklikləri qəbul ediləcəyi təqdirdə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürəcəyini etiraf etmişdi.

Prezident, həmçinin rusları konstitusiya dəyişikliklərinin qəbulu ilə bağlı səsvermədə fəal iştirak etməyə çağırıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*