Kadırovdan istefa xəbərləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA: “Bundan sonra da…”backend

Kadırovdan istefa xəbərləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA: "Bundan sonra da..."

Çeçenistan lideri Ramzan Kadırov istefa niyyəti və səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, “Telegram” kanalında paylaşım edərək yaxın vaxtlarda istefa vermək istədiyini açıqladığını, lakin Rusiya Prezidenti Vladimir Putinin bu istəyi qəbul etmədiyini bildirib. Kadırov qeyd edib:

“Hələ işləyirik. Ali Baş Komandanın əmrindəyik.”

Səhhəti ilə bağlı yayılan şayiələrə toxunan Kadırov ölümcül xəstəlik iddialarını təsdiqləməyib.

“Haqqımda çox şayiə yayılıb – guya ölürəm, yeriyə bilmirəm. Amma xəstəlik və ölüm hər kəsin sonudur. Nə qədər yaşayacağımı yalnız Allah bilir,” – deyə o vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*