Kadırovdan Qurani-Kərimin yandırılmasına SƏRT REAKSİYAbackend

Kadırovdan Qurani-Kərimin yandırılmasına SƏRT REAKSİYA

Çeçenistan lideri Ramzan Kadırov ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin İsveç səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına etiraz edib.

KONKRET.az-ın xarici mediaya istinadən məlumatına görə, Kadırov Telegram hesabından verdiyi açıqlamada bildirib ki, İsveçin Stokholm şəhərində Danimarka Satanist Partiyasının lideri olan bəzi əclaflar Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar. Bu dəhşətli hərəkət Ankaraya etiraz kimi qiymətləndirilib. Amma bu hərəkət əslində müqəddəs dəyərlərə hücum idi. Hər kəs əkdiyini biçər. Bir gün başa düşəcəksən ki, hər şey üçün çox gec olacaq. Cəhənnəmdə yanın sizi şeytanlar. Biz də Ukraynada İblis qüvvələrinə qarşı döyüşürük”, – deyə Kadırov bildirib.

O, avropapərəstlərin Quranın yandırılmasına heç bir reaksiya verməməsinə də etiraz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*