Kafedə məhbus həyatından danışan şəxsi döyən məhkəmə zalında həbs edildibackend

Kafedə məhbus həyatından danışan şəxsi döyən məhkəmə zalında həbs edildi

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Hafiz Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, Göyçay Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarı ləğv edilib, iş üzrə yeni ittihamedici hökm çıxarılıb. Təqsirləndirilən şəxs CM-in 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalından dərhal həbs olunub.

İttihama görə, hadisə bu il Göyçay şəhəri, Natəvan küçəsində yerləşən Avtovağzal ilə üzbəüz olan yeməkxanada qeydə alınıb.

Belə ki, Hafiz Məmmədov yeməkxanada sərxoş vəziyyətdə onunla eyni masada spirtli içki qəbul edən zərərçəkmiş Elçin Nadirovla mübahisə edib. Mübahisəyə isə zərərçəkmişin keçmiş məhbus həyatından söhbət etməsi olub. Bu söhbət təqsirləndirilən şəxsin xoşuna gəlməyib. O, əvvəl Elçini kafedə işləyən şəxsin yanında söyüb təhqir edib, obyektdən qovub. Sonra Hafiz əlindəki şüşə pivə butulkasını onun baş nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirib.

Göyçay Rayon Məhkəməsinin hökmü ilə Hafiz Məmmədovun ittiham olunduğu CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdi. /pravdaaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*