Kaja Kallas Ursula fon der Leyendən izahat tələb edibbackend

Kaja Kallas Ursula fon der Leyendən izahat tələb edib

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Aİ-nin bəzi regionlardakı nümayəndəliklərinin işçilərinin ixtisarına dair qərarından narahatlığını bildirib.

KONKRET.az xəbər verir ki,  Kallas  məsələ ilə bağlı fon der Leyendən izahat tələb edib. Dekabrın 5-də Avropa Parlamentinin (AP) iclası zamanı Avropa diplomatiyasının rəhbəri deputatlara deyib ki, Aİ missiyalarının işçilərinin ixtisarına dair qərar onun tərəfindən verilməyib. “Bunun kimin planı olduğunu bilmirəm, amma mənim işim deyil”. O, həmçinin bildirib ki, bu mövzuda AK rəhbəri ilə söhbət edib və bu zaman onlar birlikdə bu qərarın haradan gəldiyini anlamağa çalışıblar.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*