Kaliforniya ABŞ-dən ayrılmaq istəyir.
KONKRET.az “The New York Post”a istinadən xəbər verir ki, Kaliforniyada petisiya rəsmi qeydiyyata alındıqdan dərhal sonra “Calexit” adı altında ABŞ-dən ayrılmaq üçün imzaların toplanmasına başlanılıb: ” Qəbul olunarsa, təklif edilən məsələ 2028-ci ildə səsverməyə çıxarılacaq. İndi isə rəy sorğularında respondentlərə ünvanlanan sual belədir: “Kaliforniya Birləşmiş Ştatlardan ayrılıb müstəqil ölkə olmalıdırmı?”
Üstəlik, referendumla bağlı təşəbbüs irəli sürmək üçün seçicilərin ümumi sayının 50 faizindən çoxunun imzası toplanmalıdır. Əksəriyyət ABŞ-ni tərk etməyə səs versə belə, ilk növbədə belə bir qərarın nəticələrini təhlil etmək və rəsmi hesabat dərc etmək üçün xüsusi komissiya çağırılacaq.
Vəli Həsənoğlu,
KONKRET.az