Kaliforniyada karantin geri qaytarıldı – qubernator qorxuya düşübbackend

Kaliforniyada karantin geri qaytarıldı – qubernator qorxuya düşüb

Kaliforniya qubernatoru Gavin Nyusom koronavirusun çoxalması səbəbindən sərt karantin tədbirləri elan edib.

KONKRET.az xəbər verir ki, indi restoran, bar, konsert məkanları, zooparklar və muzeylər ziyarətçilər üçün bağlanacaq, ancaq açıq havada işləməyə davam edə bilərlər.

Kaliforniyanın iki ən böyük məktəb dairələrində – Los Anceles və San Dieqoda 706 min şagird və 88 min təhsil müəssisəsinin işçisi üçün əyani dərslər dayandırılır.

Kaliforniya  Florida, Arizona və Texas ilə birlikdə ABŞ-da koronavirusun ən çox yayıldığı ərazi olub.

Son məlumatlara görə, ABŞ-da 3,3 milyondan çox koronavirus infeksiyası qeydə alınıb, onlardan 135,5 min nəfər ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*