Kallasdan Ermənistana “demokratiya jesti” – Avropa İttifaqı İrəvanda nə axtarır? backend

Kallasdan Ermənistana "demokratiya jesti" - Avropa İttifaqı İrəvanda nə axtarır? 

Aİ Ermənistana “demokratiyanı dəstəkləmək üçün” milyonlar ayıracaq.

KONKRET.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.

Onun sözlərinə görə, vəsait iqtisadi islahatların dəstəklənməsinə, demokratiyanın möhkəmləndirilməsinə və İrəvanla Brüssel arasında əlaqələrin inkişafına yönəldiləcək.

“Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıblar”, – Kallas qeyd edib.

O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı “ölkədə söz azadlığını və müstəqil medianı” dəstəkləyəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*