“Kameraları söndürün, İlham Əliyev qəzəblənəcək” – “Yerablur”da gərginlikbackend

“Kameraları söndürün, İlham Əliyev qəzəblənəcək” – “Yerablur”da gərginlik

Sentyabrın 2-də Ermənistanda “Yerablur” qəbiristanlığında Qarabağ müharibəsində və Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölən ermənilərin xatirəsinə ucaldılan “abidə”nin açılış mərasimi keçirilib.

KONKRET.az globalinfo.az-a istinadəm xəbər verir ki, mərasimə qatılanlar arasında Qarabağdakı keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan və digər separatçılar da olub.

Ermənistan müxalifənin nümayəndələri də mərasimdə iştirak ediblər. Tədbir zamanı hüquq-mühafizə orqanları ilə iştirakçılar arasında qarşıdurma yaşanıb. Hökumət orqanları açılışın baş tutmasına mane olmağa çalışıblar. Bu zaman jurnalistlər də əraziyə gəlib, polis isə onlardan kameraları söndürməyi tələb edib.

Vətən Partiyasının sədri Artur Vanetsyan hüquq-mühafizə orqanlarından niyə tədbirə mane olmaq istədiklərini soruşub. Polislərdən biri hökumətdən belə tapşırıq gəldiyini deyib. Vanetsyan bu tapşırığın hansı səbəblə verdildiyini soruşduqda isə həmin polis “Bizə dediklər ki, əks halda Azərbaycan Prezidenti İlham Əliyev qəzəblənəcək”, – cavabını verib.

Məlumata görə, İrəvan hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırmaq və sülh prosesinin irəliləməsi üçün Qarabağ məsələsinin Ermənistan daxilində tam bağlanmasına çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*