Kamil Musəvi reanimasiyadadırbackend

Kamil Musəvi reanimasiyadadır

Bu gün kəşfiyyatçı baş leytenant Kamil Musəvinin əməliyyatı uğurla keçib. Əməkdaşımızın Bona Dea xəstəxanasından verdiyi xəbərə görə, artıq Kamil Musəvi reanimasiyadadır. Həkimlərin dediyinə görə, qazimizin həyatına heç bir təhlükə yoxdur və sabah saat 11:00-da reanimasiyadan palataya keçiriləcək. Xatırladaq ki, Konkret.az-ın əməkdaşı  Bona Dea xəstəxanasında xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən qazini əməliyyatöncəsi ziyarət edib.

Yeri gəlmişkən, birinci vitse-prezident Mehriban Əliyeva kəşfiyyatçı baş leytenantın əməliyyat xərclərini üzərinə götürüb. Bunun üçün Mehriban xanım Əliyevaya təşəkkür edən qazi əməliyyatdan uğurla çıxacağına və yenidən xalqı ilə bir yerdə olacağına əminliyini bildirib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*