Kanada ABŞ-ni enerji təchizatı ilə hədələdi    backend

Kanada ABŞ-ni enerji təchizatı ilə hədələdi    

Donald Tramp bütün Kanada mallarına 25% rüsum tətbiq edərsə, Kanada hakimiyyəti ABŞ-yə elektrik enerjisi və enerji təchizatını kəsə bilər.

KONKRET.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli “CTV” telekanalına müsahibəsində deyib.Nazir daha sonra bildirib ki,  cavab tədbirləri üçün bütün variantlar masadadır. Colinin sözlərinə görə, Kanadanın ABŞ-yə enerji təchizatının dayandırılması məsələsi gələn həftə təkcə Kanada regionlarının rəhbərləri ilə deyil, həm də Vaşinqtona səfəri zamanı ABŞ Respublikaçılar Partiyasının nümayəndələri ilə müzakirə olunacaq. Kanada öz neftinin təxminən 60%-ni, eləcə də elektrik enerjisinin 85%-ni ABŞ-yə ixrac edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*