“Kanada münaqişənin danışıqlar yolu ilə həll olunması üçün Azərbaycana təzyiqini davam etdirəcək”.
KONKRET.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli “Hay Dat” (Kanada ermənilərindən ibarət təşkilat-red) nümayəndə heyəti ilə görüşdə deyib.
Nazir bildirib ki, ölkəsi münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır:
“Kanada Azərbaycan və Emrənistan arasında olan qarşıdurmanın dinc yolla, silahsız həllində maraqlıdır. Eyni zamanda Bakıda saxlanılan “əsir”lər geri qaytarılmalıdır. Ermənistanın ərazi bütövlüyündə hörmət edilməlidir. Kanada münaqişənin danışıqlar yolu ilə həll olunması üçün Azərbaycana təzyiqini davam etdirəcək”.
Xatırladaq ki, sözügedən təşkilat Kanadanın qanunverici və icraedici qollarının nümayəndələri ilə aktiv çalışır.
Məlik Məlikov,
KONKRET.az