Kanada hökuməti 1950 və 1960-cı illərdə Kvebekdə yaşayan İnuitlərə 45 milyon Kanada dolları (32 milyon ABŞ dolları) təzminat ödəyəcək.
KONKRET.az “Global News”a istinadən xəbər verir ki, hakimiyyət də həmin illərdə baş verənlərə görə onlardan üzr istəyib. Telekanal qeyd edib ki, Kvebek hüquq-mühafizə orqanları inuitlərin normal həyatı üçün vacib olan 1000-dən çox rıçaq itini öldürüb. Onlardan ov və hərəkət məqsədləri üçün istifadə olunub. Qeyd olunub ki, polis həmin vaxt bağlanmayan bütün itləri öldürüb. O vaxt hesab edirdilər ki, həmin itlər Kanadanın şimalının yerli sakinlər üçün təhlükə mənbəyidir. Kanadanın Baş naziri Castin Trüdo hökuməti ardıcıl olaraq Avropa müstəmləkəçilərinin və yerli nəsillərinin barışmasını müdafiə edir. 2017-ci ildə o, İnuit uşaqlarının zorla yerləşdirildiyi qondarma yaşayış məktəblərində oxuyarkən əziyyət çəkən yerli sakinlərdən rəsmi olaraq üzr istəmişdi. Hakimiyyət həmçinin qurbanlara 800 milyon Kanada dolları (638 milyon ABŞ dolları) ödəməyə razılaşıb.
Vəli Həsənoğlu,
KONKRET.az