Kanadanın baş naziri Castin Trüdo Kiyevdə Ukraynaya 25 piyada döyüş maşını və “milyonlarla patron” daxil olmaqla böyük hərbi yardım paketi göndərəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Strana.ua” portalı məlumat yayıb.
Bundan əlavə, Ottava Kiyevə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri hesabına 5 milyard avro maliyyə yardımı edəcək.
Vəli Həsənoğlu,
KONKRET.az