Kanadada keçirilən ümumi seçkilərdə qeyri-rəsmi nəticələrə görə hakim Liberal Partiyası qalib gəlib. Partiyanın lideri, Baş nazir Mark Karni qələbə çıxışında ABŞ prezidenti Donald Trampı hədəfə alıb.
KONKRET.az xəbər verir ki, baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiya 43,5 faiz səslə birinci olub.
Parlamentdəki 343 yerdən 168-ni qazanan Liberal Partiya hakimiyyətdə qalmağı bacarıb.
Qələbə nitqində Karni ABŞ prezidenti Donald Trampı sərt tənqid edib. O, Trampın Kanadanı “ABŞ-ın 51-ci ştatı” olmağa çağırmasına cavab olaraq bu cür bəyanatların ölkənin suverenliyinə təhdid olduğunu bildirib.
Aynurə İsmayıl
KONKRET.az