Həbsdə olan erməni iş adamı Samvel Karapetyanın ailəsi Ermənistan hakimiyyətinə qarşı “Ermənistan Elektrik Şəbəkələri” QSC ilə bağlı beynəlxalq arbitraj investisiya iddiası qaldırıb.
KONKRET.az xəbər verir ki, sözügedən müəssisə hökumət tərəfindən milliləşdirilməkdədir.
Ailə arbitraj məhkəməsindən həm artıq vurulmuş, həm də gözlənilən ziyanın ödənilməsini tələb edir. İlkin qiymətləndirməyə görə, ümumi zərər 500 milyon dollar təşkil edir.
Qeyd edək ki, “Taşir” Qrupunun sahibi Samvel Karapetyan iyunun 18-də hakimiyyəti ələ keçirməyə açıq çağırış ittihamı ilə iki ay müddətinə həbs edilib.
Natiq Səlim,
KONKRET.az