Karantindəki tələbələrin bu addımı hər kəsi duyğulandırdı – FOTOLARbackend

Karantindəki tələbələrin bu addımı hər kəsi duyğulandırdı - FOTOLAR

Koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan vətəndaşlar, xüsusən tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkür ediblər.

TƏBİB-in verdiyi xəbərə görə, onlar müxtəlif kağızlara təşəkkür qeydi yazaraq “görünməyənqəhrəmanlar” həştəqi ilə heyətə öz minnətdarlıqlarını bildiriblər.

Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırırlar.

Onlar təcrid şəraitində olduqları üçün təşəkkürlərini yara bantları və müxtəlif əşyaların üzərindən qopardıqları yapışqanlı etiketlərlə qapıya yapışdırıblar.

Sözügedən gözəgörünməz qəhrəmanlar isə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB-in əməkdaşlarıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*